22 İyun 2017 16:44
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın Azəriqaz İstehsalat Birliyi Ramazan bayramı münasibəti ilə ayın 24-28-dək gücləndirilmiş iş rejimində işləyəcək.

“Azəriqaz”dan Teleqraf.com-a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində və Regional Qaz İstismar İdarələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.


Müəllif: İlhamə Əbülfət