22 İyun 2017 17:20
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel şəhidi Xaliq Əzizzadənin kredit borcu həll olunub.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

Bankda olduğunu bildirən millət vəkilinin sözlərinə görə, bank borcu bağışlayıb və sənədləri ailəyə təqdim edib: “Məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətindədir. Birinci vitse-prezidentin köməkçisi Anar Ələkbərov mənə zəng edib məsələnin diqqətə alındığını dedi və şəhidin anası ilə danışdı. Artıq problem həll olundu”.

Qeyd edək ki, biraz əvvəl millət vəkili Qənirə Paşayeva “Para" BOKT ASC-nin aprel şəhidi Xaliq Əzizzadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı xəbəri ictimailəşdirmişdi..


Müəllif: İlhamə Əbülfət