22 İyun 2017 21:44
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” jurnalı Rusiyanın ən zəngin məmurlarının siyahısını tərtib edib.

Teleqraf.com xəbər verir ki, siyahıya Ulan-Ude şəhər sovetinin deputatı Vadim Bredniya başçılıq edir. Belə ki, onun ailəsinin 2016-cı ildəki illik gəliri 2,8 milyard rubl (46 milyon dollar) təşkil edib. “Vahid Rusiya” Partiyasının üzvü olan deputat 2009-cu ildə deputat seçilib. V.Bredniya bundan öncə bizneslə məşğul olub. O, 1995-ci ildə “Titan” adlı topdansatış ərzaq mağazası açıb.

İkinci yerdə senator Valeri Ponomaryov qərarlaşıb. O, Kamçatkadakı balıq sənayesi kompaniyası – “Okeanrıbflot”un şərikidir. Onun ailəsinin illik gəliri 43 milyon dollar təşkil edib.

Reytinqdə üçüncü yerdə Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov dayanır. Nəşrin məlumatına görə, onun ailəsinin 2016-cı ildəki gəliri 38 milyon dollar təşkil edib.

R.Minnixanov Tatarıstanın başçısı postunu 2010-cu ildən tutur. Buna qədər o, Tatarıstan hökumətinə başçılıq edib. R.Minnixanov, həmçinin “Tatneft” şirkətinin direktorlar şurasının sədridir.


Müəllif: Səxavət