23 İyun 2017 03:14
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda keçirilmiş konfransda informasiya təhlükəsizliyi üzrə ekspert Ros Bevinqton elektron siqaretin köməyilə kompüterə müdaxiləni nümayiş etdirib.

Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, elektron siqaret vasitəsilə fərdi kompüterə müdaxilə ona əsaslanır ki, cihazlar enerji toplamaq üçün çox vaxt elektrik yuvası deyil, “USB” vasitəsilə kompüterə qoşulur.

Əgər elektron siqaretə xüsusi mikrosxem daxil edilsə, kompüteri bunun klaviatura olduğuna "inandırmaq" olar və bu halda kompüter qurğu tərəfindən göndərilən komandaları yerinə yetirməyə başlayacaq.

Elektron siqaretlə trafikin qarşılıqlı əlaqəsini nəzərdə tutan başqa hücum variantı da mövcuddur.


Müəllif: Şəfiqə