23 İyun 2017 01:10
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi erməni saytları cəbhə xəttində Azərbaycan xüsusi təyinatlılarının düşmən qüvvələrin arxasına keçərək diversiya əməliyyatı apardığını və bu zaman 4 hərbçimizi öldürdükləri barədə dezinformasiya yaymaqdadırlar.

Teleqraf.com xəbər verir ki, düşmən mətbuatı yalanlarını "təsdiqləmək" üçün xüsusi təyinatlılara məxsus güllədən deşilmiş hərbi geyimlərin fotolarını paylaşırlar.

Amma əslində nə baş verir? Ermənilər son günlər cəbhədəki uğursuzluqlarını ört-basdır etmək, erməni cəmiyyətində artan etirazları, yaranan ruh düşkünlüyünü, qorxu hissini aradan qaldırmaq üçün köhnə fotolar paylaşırlar. Bəzi məlumatlara görə, erməni silahlıları r ötən ilin aprel ayında ordumuzun uğurlu əməliyyatı zamanı şəhid olmuş hərbçilərimizin geyimlərini və silahlarını oğurlayaraq özlərində saxlayıblar. Və indi onlar həmin geyim və silahların fotolarını çəkib paylaşaraq yeni "xəbər" kimi ictimaiyyətə təqdim edirlər. Digər tərəfdən, fotoda görünən qara gödəkçədən Azərbaycan xüsusi təyinatlılarında istifadə edilimir. Sual olunur, əlinizdə Azərbaycan hərbçilərinə məxsus geyim və silah varsa, bəs şəhidlərimizin meyitləri hanı?


Müəllif: Teleqraf.com