23 İyun 2017 16:48
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında qazanılan nailiyyətlərə və dəmiryolçuların sosial problemlərinin həllində göstərdiyi əvəzsiz xidmətlərə görə, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov MDB və Baltikyanı ölkələrin Ümumhəmkarlar İttifaqı Konfederasiyasının 25 illik gümüş xatirə nişanı ilə təltif olunub.

Azərbaycan Dəmir Yolları QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Teelqraf.com-a bildirib ki, xatirə nişanı bu gün C.Qurbanova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev tərəfindən təqdim edilib.


Müəllif: İlhamə Əbülfət