24 İyun 2017 17:56
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə “Lapseki” adlı avtomobil daşıyan gəmi Çanaqqala dəniz limanından ayrıldıqdan sonra düymənin kilidlənməsi nəticəsində başqa bir limanın qayalığına çırpılıb.

Hadisə zamanı gəmiyə maddi ziyan dəyib, lakin personaldan ölən və yaralanan olmayıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, gəmi qayalığa çırpıldıqdan sonra dayanıb. Sərnişinlər dərhal evakuasiya edilib.

Sərnişinlərdən biri deyib ki, gəmi Çanaqqala limanından çıxdıqdan sonra elektrik problemi yaranıb, gəminin sükanı kilidə düşüb: “Gəminin limandan çıxışından sonra sağa və ya sola dönmədi, ancaq düz hərəkət etdi və sonda qayalıqlara çırpılaraq dayandı.

Daha doğrusu gəmi sahildə olan digər kiçik qayıqların üzərinə gedirdi. Bu zaman gəmidə böyük səs-küy yarandı. Yalnız bir sərnişin özünü yaxşı hiss etmədiyi üçün xəstəxanaya aparıldı”.


Son dakika...Arabalı vapurun dümeni kilitlendi


Müəllif: Cavad