26 İyun 2017 19:28
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur "Anonymous" qrupu yaxın vaxtlarda NASA-nın başqa planetdə həyat olduğuna dair açıqlama verəcəyini iddia edib.

Teleqraf.com xəbər verir ki, "Anonymous" qrupu Yutub hesabında yaydığı videoda NASA-nın xarici planetlərdə həyat olduğu haqqında informasiya əldə etdiyini detallı şəkildə izah edib.

Adətən bir çox təşkilatlara hücumları ilə yadda qalan "Anonymous" qrupu bəyan edib ki, bu dəfə hədəfləri NASA olacaq.

Qeyd edək ki, sözügedən videoda qrup NASA rəhbəri Tomas Zurburxenin ABŞ-ın Elm və Texnologiya konfransında başqa planetdə həyatın olduğuna dair çıxışını verib.


Müəllif: Cavad