27 İyun 2017 11:57
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasına edilən dəyişiklik ləvğ edilib.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə nəqliyyatın hərəkəti bərpa olunduğundan artıq sərnişin avtobusları da əvvəlki sxem üzrə hərəkət edirlər.

Bununla yanaşı yarışlarla əlaqədar nəqliyyatın hərəkətinə bağlı olan küçələrdə svetoforların da adi rejimdə fəaliyyəti bərpa edilib.


Müəllif: İlhamə Əbülfət