27 İyun 2017 14:37
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin arasında görüş keçirilib.

“Report”un məlumatına görüş Seulda keçirilən Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsi çərçivəsində baş tutub.

Görüşdə ölkələr arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan ilə Rusiyanın müxtəlif sahələrdə uğurla əməkdaşlığının bundan sonra da inkişafı üçün hər iki tərəfin səylə çalışacağı bildirilib.

Tərəflər Azərbaycanın və Rusiyanın qanunverici orqanları arasında əlaqələrin ölkələrimizin strateji tərəfdaşlıq münasibətləri zəminində sürətlə inkişaf etdiyini vurğulayıb, parlamentlərarası əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com