27 İyun 2017 16:51
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası “Quql” şirkətini cərimələyib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, cərmələnmənin səbəbi şirkətin axtarış mühərriki bazarındakı hakim mövqeyindən sui-istifadə etməsidir.

Qərarda bildirilir ki, şirkət biznes mövzusundaaxtarışları manipulyasiya edərək bazar hakimiyyətindən istifadə edib. “Quql” rəqabət qaydalarını pozması səbəbindən 2.42 milyard avro məbləğində cəzalandırılıb.

Qeyd edək ki, bu qərar 7 ildir davam edən araşdırmanın nəticəsində qəbul edilib.


Müəllif: İlhamə Əbülfət