28 İyun 2017 16:37
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Prezidenti İmaməli Rəhman Müstəqil Dövlətlər Birliyi (MDB) Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə gələn nazirləri qəbul edib.

Azərbaycanın daxili işlər naziri Ramil Usubov da görüşdə iştirak edib.

Görüşdə MDB ölkələri arasında müvafiq sahədə əlaqələrin dərinləşdirilməsi, regional və beynəlxalq təhlükəsizliyin təmini, terrorizmə, ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, narkotiklərin qeyri-qanunu dövriyyəsinin, vətəndaşların ekstremist qruplaşmalara cəlb edilməsinin qarşısının alınması və digər məsələlər müzakirə olunub.

Bildirilib ki, qloballaşma dövründə MDB ölkələrinin müvafiq strukturlarının kənar təhlükələrin qarşısının alınması və belə qüvvələrə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyətinin əlaqələndirilməsi vacibdir.

Görüşdə MDB ölkələri arasında əməkdaşlığın inkişafı ilə bağlı digər məsələlər də diqqət mərkəzində olub.


Müəllif: Teleqraf.com