15 İyul 2017 14:00
3 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarif Şurasının benzinin qiyməti ilə bağlı yeni qərarı avtomobil bazarına ciddi təsir göstərəcək.

Bu barədə Teleqraf.com-a “Vip escort motors”-un baş direktoru və təsisçisi Rəşad Quliyev deyib.

Onun sözlərinə görə, dizel mühərrikli avtomobillərin qiyməti bazarda sürətlə artacaq: “Bu isə iri həcmli benzin mühərrikli avtomobillərin qiymətinin kəskin aşağı düşəcəyi deməkdir. Təbii ki, bu proses ölkəyə idxaldan da yan keçməyəcək”.

Rəşad Quliyev qeyd edib ki, yaxın günlərdə əhalinin iqtisadi durumunu nəzərə alaraq, avtomobil idxalçılarının ölkəyə kiçik motorlu, qənaətcil (ekonomik) avtomobillərin gətirməsi gözlənilir.


Müəllif: İlhamə Əbülfət