17 İyul 2017 13:10
1 205
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:31

Abşeron rayonunda silahlı insident baş verib.

Report-un məlumatına görə, Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb.

Abşeron Rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirlikdən Teleqraf.com-a bildirilib ki, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Abşeron Rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E.Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.

Eldar Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Müəllif: Teleqraf.com