17 İyul 2017 16:49
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Skeletin hansı heyvana məxsus olduğunu təyin etmək üçün mütləq ona mütəxəssis baxmalıdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

Onun sözlərinə görə, foto və videodan heyvanın növünü təyin edə bilmirlər: “Ola bilsin ki, həmin skeletin qabaq pəncələri düşüb. Mütəxəssis baxıb, deyə bilər ki, hansı heyvandı. Ona görə skeleti aşkarlayanlar onu gətirsinlər, mütəxəssis baxsın”.

Qeyd edək ki, paytaxt sakini öz evindən ön pəncələri olmayan qeyri-adi heyvan skeleti tapıb. Ev sahibəsi 43 yaşlı Ağbəniz Səlimova bildirib ki, skeleti evlərini təmir üçün sökən zaman zirzəmidən tapıblar. Onu ilk dəfə görəndə qorxsalar da, sonradan onun hansı heyvana məxsus olduğunu öyrənməyə çalışıblar. Ancaq bir nəticə əldə edə bilməyiblər.


Müəllif: Şəfiqə Nazimqızı