17 İyul 17:17

Abituriyent qeydiyyatdan keçən zaman tələb olunan məbləği ödəyir. Bu o deməkdir ki, onlar artıq imtahanda iştirak edəcək.

Bunu Teleqraf.com-a açıqlamasında Dövlət İmtahan Mərkəzi (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, qeydiyyatdan keçən hər bir abituriyent üçün xərc çəkilir: “Nəzarətçi, müəllim, imtahan rəhbəri və sual kitabçası üçün vəsait xərclənir.

Axı, biz bilmirik kim imtahana gələcək, kim yox. Bu, artıq abituriyentin üzərinə düşən bir məsuliyyətdir. Yəni qeydiyyatdan keçmək, sizin imtahanda iştirak edəcəyiniz deməkdir. Buna da uyğun işlər görülür”.

Xanlar Xanlarzadə qeyd edib ki, abituriyent imtahana gəlmirsə, ödədiyi pul birmənalı şəkildə geri qaytarılmır.

Qeyd edək ki, DİM-in verdiyi məlumata görə, II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak üçün ərizə vermiş 34042 abituriyentdən 1097 nəfəri imtahana gəlməyib. İmtahanlara gəlməyənlərin ödədiyi məbləğ isə 43,880 manat təşkil edir.


Müəllif: İlhamə Əbülfət