17 İyul 2017 20:39
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Özbəkistanın Bakıda səfərdə olan yazar və jurnalistlərindən ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.

Teleqraf.com xəbər verir ki, qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Şura medianın özünütənzimləməsini həyata keçirən qurumdur və sıralarında ölkənin aparıcı kütləvi informasiya vasitələrini və jurnalist təşkilatlarını birləşdirir. Qurumun başlıca missiyası isə media fəaliyyəti ilə bağlı vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılmasıdır.

MŞ sədri Azərbaycanda KİV-lərin durumu ilə bağlı da məlumat verərək qeyd edib ki, 1998-ci ildə senzuranın aradan qaldırılmasından sonra qəzet, jurnal və informasiya agentliklərinin sayı aradan qalxıb. Bundan sonra qanunvericilik təkmilləşdi, jurnalistlərin sosial müdafiəsi tədbirlərinə diqqət ayrılıb.

Azərbaycanda KİV-ə sistemli dövlət dəstəyinin mövcudluğundan söz açan MŞ sədri medianın iqtisadi bazasının möhkəmləndirilməsinə ehtiyacın duyulduğunu da dilə gətirib, mövcud istiqamətdə beynəlxalq təcrübənin nəzərdən keçirildiyini və tətbiqi imkanlarının ciddi şəkildə araşdırıldığını vurğulayıb.

Ə.Amaşov həmçinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın torpaqlarının işğalı faktına da diqqət yetirib. O bildirib ki, 20 ildən artıqdır davam edən erməni işğalı 1 milyondan artıq Azərbaycan vətəndaşını öz doğma yurd-yuvasından didərgin salıb. “Mən istərdim ki, siz Özbəkistan jurnalistləri, ölkənizin ziyalıları bu məsələyə həssas yanaşasınız. Qarabağ həqiqətlərini Özbəkistanda təbliğ edəsiniz. Hesab edirəm ki, bu, dost özbək xalqının dəstəyi olar, həm də biz jurnalistlər arasında həmrəyliyi möhkəmləndirər”, - deyə o vurğulayıb.

Özbəkistanın yazar və jurnalistlərindən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati dəstəyi ilə geçəkləşməkdədir. Məqsəd özbək mediası vasitəsilə bu ölkənin ictimaiyyətini Azərbaycan və onun regionları, ictimai həyatı, mədəniyyəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə daha geniş məlumatlandırmaq, habelə Özbəkistan və Azərbaycan mətbuatı arasında birbaşa əlaqələrin yaradılmasına, ikitərəfli münasibətlərin inkişafına dəstək olmaqdır.

Nümayəndə heyətinin tərkibinə Özbəkistanın tanınmış yazar-jurnalisti, aparıcı “Dərəxçi” xəbər saytının baş redaktoru Rüstəm Cabbarov, “Uzbekistantoday” (ut.uz) İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Dilbar Babacanova, ən çox oxunan “kun.uz” xəbər saytının jurnalisti Lola Raxmanbayeva, Özbəkistanın aparıcı “1news.uz” xəbər saytının baş redaktoru Şuxratjon Oripov, “kultura.uz” saytının baş redaktoru Boris Babayev, Özbəkistan Dövlət Televiziyasının jurnalisti Elmira Tukhtavatulina, Özbəkistanın “102 FM” radiosunun jurnalisti, xəbər saytların muxbiri Rimma Sabircanova, Özbəkistanın “Ailəvi kanalı”nın jurnalisti Gulya Safayeva, o cümlədən, tarixçi – alim Şuxrat Salamov, Özbək şairə, yazıçı Şəhla Qasımova və Özbəkistanın aparıcı xəbər saytlarının şərhçisi Abduvali Soibnazarov daxildir.


Müəllif: Teleqraf.com