17 İyul 2017 23:13
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 20-də “YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında Şahnaz Ağayeva, Hatəm Əlizadə, Etibar İsmayılov, İlahə Xalıqova və başqa gənc rəssamların əsərlərindən ibarət “Xəyali əcnəbilər” adlı qrup sərgisi açılacaq.

Teleqraf.com xəbər verir ki, sərgi “mən” və “digərləri” arasında boşluğu minimuma endirməklə, diqqəti daha çox sosial, mədəni və digər ayrı-seçkilikləri istisna edən münasibətlərin qurulmasına yönəldir. Bu layihə, təsadüfi görüşlər və dialoqlar vasitəsilə qarşılıqlı anlaşma, səmimi münasibətlər və bir-birini qiymətləndirmə prosesinə başlamaqla, “xəyali”, nəzərdə tutulan, lakin heç vaxt təqdim olunmayan bir şəxs qismində yad insana, başqa sözlə desək, “əcnəbiyə” üstün gəlməyə, onu dəf etməyə çalışır. “Xəyali əcnəbilər” təkcə “xarici əcnəbi” konsepsiyasını deyil, həm də “daxili əcnəbi” kimi abstrakt ideyanı dəstəkləyə bilər.

Qeyd edək ki, bu qəribə və maraqlı sərgi avqustun 21-dək davam edəcək. Giriş sərbəstdir.


Müəllif: Teleqraf.com