20 İyul 2017 10:58
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda üçüncü binanın təməli qoyulub.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev binanın təməlqoyma mərasimində iştirak edib.

Qeyd edək ki, iyuolun 19-da Azərbaycan prezidenti İlham Əliyevkütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi ilə bağlı 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5 milyon manat ayrılıb.


Müəllif: Teleqraf.com