20 İyul 2017 13:34
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində ANAMA baş qərargahında görüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, agentliyin direktoru Qəzənfər Əhmədov Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayat, Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədrinin fərdi qərargah zabiti briqada generalı Muxtar Əhməd, Pakistan Birləşmiş qərargahının əməkdaşı Polkovnik Saeed Janjuanı qəbul edib. Səfərin başlıca məqsədi ölkələrdə aparılan Humanitar Minatəmizləmə sahəsində ikitərəfli münasibətlərin qurulması və qarşılıqlı təcrübə mübadiləsinin aparılması üzrə danışıqlardan ibarət olub.

Görüş zamanı nümayəndə heyətinə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə sahəsində aparılan əməliyyatlar, partlamamış hərbi sursat problemi, beynəlxalq layihələr, bu günə qədər xarici və yerli mütəxəssislər üçün təşkil olunmuş təlimlər, Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım (MZY) layihələri, eləcə də Agentliyin qısa və uzunmüddətli strategiyası barədə genişmiqyaslı məlumat verilib.


Müəllif: Nərgiz