20 İyul 2017 13:19
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qara transplantasiya işləri qəbul olunmazdır.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, orqan köçürülməsi işinin tək tibbi deyil, həm də hüquqi tərəfi var:

"Qanunvericilikdə də qanunsuz iş yoxdur. Xəstəxanaya müayinəyə gələn xəstələrin hamısı Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunanlardır".

Şöbə müdiri qeyd edib ki, Mərkəzi Neftçilər Xəstəxanasında heç bir qeyri-qanuni işlər görülmür.


Müəllif: Teleqraf.com