21 İyul 2017 10:25
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtobusdan yıxılaraq, xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinin travmatoloq həkimi Nicat Məmmədov bildirib.

Onun sözlərinə görə, Məmmədova Fəxriyyə dünən avtobusdan yıxılaraq, Mərkəzin Reanimasiya şöbəsinə gətirilib: “Elə ciddi xəsarətlər yoxdur. Ancaq ayaq, qol, döş qəsəfində əzilmələr var. Xəstə özünü nə vaxt tam yaxşı hiss edərsə, evə buraxacağıq”.

Qeyd edək ki, dünən Bakının Binəqədi rayonu ərazisində 1988-ci il təvəllüdlü Məmmədova Fəxriyyə Akif qızı 195 saylı marşut xətti üzrə hərəkət edən avtobus sürücüsünə dayanacaqda saxlamasını xahiş edib. Qadın düşərkən avtobusun qəfil hərəkət etməsi nəticəsində qapıdan yerə yıxılıb.


Müəllif: Şəfiqə Nazimqızı