21 İyul 2017 10:53
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında” 2015-ci il 17 aprel tarixli qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, qərara əsasən Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC və "28 May" taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin “Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.

Dəyişikliyə əsasən, Xaçmaz rayonundakı "Azərbaycan" tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC "Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi"nin tabeliyinə veriləcək. Yaradılmış "Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC isə ləğv edilib, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı təşkilat kimi "28 May" Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” MMC yaradılıb.

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında" 2015-ci il 17 aprel tarixli qərara əsasən Quba rayonundakı "Meyvə tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC və "Şəfəq" südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC birləşdirilərək Kənd Təsərrüfatı Nazirliyinin "Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC yaradılmışdı. Dəyişikliyə əsasən isə Quba rayonundakı "Şəfəq" südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi" MMC-nin adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin "Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi" MMC adlandırılacaq.


Müəllif: Teleqraf.com