21 İyul 2017 12:10
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 6 ayı ərzində Kliniki Tibbi Mətkəzin 2-ci yoluxucu xəstəliklər şöbəsinində qida zəhərlənməsindən 71 nəfər, kəskin mədə-bağırsaq iltihabından 395 nəfər, botulizmdən 13 nəfər xəstə stasionar şəraitdə müalicə olunub.

Teleqraf.com xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin kəskin bağırsaq infeksiyaları şöbəsinin müdiri, Bakı şəhərinin baş infeksionisti Gülnarə Babayeva deyib.

Onun sözlərinə görə, zəhərlənən şəxslərin 430-u Bakının müxtəlif rayonlarından, 36 nəfəri isə bölgələrimizdəndir: "Botulizmlə daxil olan xəstələrin 8-i Bakı, 5-i isə rayonlardandır. Keçən ilin 6 ayı ilə müqayisədə sadalanan göstəricilər üzrə rəqəmlər aşağı enib".

Şöbə müdiri qeyd edib ki, zəhərlənmə ilə bağlı müraciət edənlər18 yaşından yuxarı şəxslər olub: "Zəhərlənənlər ən çox 20-45 yaş arasında şəxslərdir. Bəzən ağlasığılmaz zəhərlənmələr olur. Kiflənmiş qatıq, pendir və lavaşdan istifadə edirlər. Yəni onların yalnız qarpızdan zərəhləndiyini demək düzgün deyil".


Müəllif: İlhamə