21 İyul 2017 12:28
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün tikilən ikinci binadan ev alan jurnalistlərə mənzillərin açarlarının bu ilin dekabrında təhvil veriləcəyini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, Vüqar Səfərli AzTV-nin “Günün nəbzi” verilişində çıxışı zamanı qeyd edib ki, binanın qeydiyyatı ilə bağlı dövlət aktı olmalıdır:

“Biz 2013-cü ildə iyulun 22-də birinci binanın açılışından sonra jurnalistlərin sənədlərini hazırlayıb qeydiyyatdan keçirdik. Həmin ilin dekabrın 24-də yeni il qabağı mənzillər jurnalistlərə təhvil verildi. Yəqin ki, ikinci binanın təhvil verilməsi ilə bağlı məsələ ilin sonuna qədər həll olunacaq”.

Onun sözlərinə görə, açarlar dekabrda təntənəli şəkildə sahiblərinə təqdim olunacaq.


Müəllif: Teleqraf.com