21 İyul 2017 12:35
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəndlərdə zərdab çatışmazlığının səbəbi xəstəxana rəhbərlərinin rayon səhiyyə şöbələrinə vaxtında müraciət etməməsidir.

Teleqraf.com xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.

Onun sözlərinə görə, rayon mərkəzi xəstəxanalarına zərdablar paylanılıb: "Əsas problem kəndlərdədir".

Azər Maqsudov qeyd edib ki, insanların ilan sancmaları zamanı özlərinin müdaxilə etməsi düzgün deyil: "Biz ilan və əqrəb sancması zamanı yaranan yaralara müdaxilənin əleyhinəyik. Buna vaxtında həkimlər müdaxilə etməlidir".

Şöbə müdiri əlavə edib ki, ilan sancmaları ilə bağlı müraciətlər keçən ilə nisbətən azdır.


Müəllif: İlhamə