21 İyul 2017 15:42
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə və Yunanıstanda baş vermiş zəlzələdə xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması faktı hələ ki qeydə alınmayıb.

Bu barədə Teleqraf.com-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu və Yunanıstandakı səfirliyi müvafiq olaraq Türkiyə və Yunanıstanın aidiyyəti orqanları ilə davamlı təmasdadır. Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək” – H. Hacıyev əlavə edib.

Qeyd edək ki, iyulun 20-dən 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb. Bəzi insanlar xilas olmaq üçün özlərini binalardan yerə atıblar. Nəticədə 70 nəfər xəstəxanalara müraciət edib. Zəlzələ nəticəsində Türkiyə sahillərində sunami yaranıb. Bodrumun bir hissəsini su basıb.


Müəllif: Teleqraf.com