21 İyul 2017 17:27
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsan Hüquqları və vətəndaş cəmiyyəti naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ödənişsiz huquqi məsləhət Günləri təşəbbüsü” layihəsini icra edir.

Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində Şəki və Qəbələ şəhərlərində ödənişsiz hüquqi yardım günlərinin təşkil olunması nəzərdə tutulub.

Layihənin məqsədi əhalinin az təminatlı təbəqələrinə aid vətəndaşların hüquqi yardım hüququnun reallaşdırmalarına yardım göstərilməsidir.

İlk olaraq Ödənişsiz huquqi məsləhət Günləri Şəki şəhərində 17-18 Iyul 2017 ci il tarixində Nakam adına Mərkəzi Kitabxanada təşkil olunub.

Ödənişsiz huquqi məsləhət Günlərində vətəndaşlara hüquqi yardım xidmətini vəkillər kollegiyasının üzvü Səmədov Zaman və hüquqşunas Nəsrullayev Şahin göstəriblər.

Şəki şəhərində təşkil olunan Ödənişsiz huquqi məsləhət Günlərində hüquqi məsləhət üçün 40 yaxın vətəndaş müraciət edib.

Müraciətlərin əsasını əmlak hüququ, vətəndaşların mülküyət hüququnun pozulması, nigahın pozulması, aliment tələbləri və bank kredit/ipoteka müqavilələrinin etibarsızılığı ilə bağlı hüquqi problemlər təşkil edib.


Müəllif: Teleqraf.com