21 İyul 2017 18:35
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsan Hüquqları və vətəndaş cəmiyyəti naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ödənişsiz huquqi məsləhət Günləri təşəbbüsü” layihəsini icra edir.

Teleqraf.com xəbər verir ki, layihə çərçivəsində Şəki və Qəbələ şəhərlərində ödənişsiz hüquqi yardım günlərinin təşkil olunması nəzərdə tutulub.

Layihənin məqsədi əhalinin az təminatlı təbəqələrinə aid vətəndaşların hüquqi yardım hüququnun reallaşdırmalarına yardım göstərilməsidir.

Layihə çərçivəsində növbəti ikinci Ödənişsiz huquqi məsləhət Günləri Qəbələ şəhərində 19-20 İyul 2017 ci il tarixində Azərbaycan MQF Qəbələ Regional Qeyri-Hökumət təşkilatları Resurs və Təlim Mərkəzində təşkil olunub.

Ödənişsiz huquqi məsləhət Günlərində vətəndaşlara hüquqi yardım xidmətini vəkillər kollegiyasının üzvü Səmədov Zaman və hüquqşunas Nəsrullayev Şahin göstəriblər.

Şəki şəhərində təşkil olunan Ödənişsiz huquqi məsləhət Günlərində hüquqi məsləhət üçün 30 yaxın vətəndaş müraciət edib.

Müraciətlərin əsasını nigahın pozulması, aliment tələbləri, nigahdan sonra mülkiyətin pozulması, vətəndaşların mülküyət hüququnun pozulması və bank kredit/ipoteka müqavilələrinin etibarsızılığı ilə bağlı hüquqi problemlər təşkil edib.


Müəllif: Teleqraf.com