21 İyul 2017 20:16
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin birinci yarısında fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına və digər neqativ hallara görə 3 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 7 nəfər isə tutduğu vəzifədən azad edilib.

Ədliyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə nazirlikdə məhkəmə qərarlarının icrası vəziyyətinin müzakirəsinə həsr olunmuş geniş müşavirədə deyilib.

Müşavirədə o cümlədən, xidmətin 20 əməkdaşının intizam məsuliyyətinə cəlb olunduğu vurğulanıb, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması halları və digər nöqsan və çatışmazlıqlar icra qurumlarının rəhbərlərinin nəzərlərinə çatdırılaraq onların aradan qaldırılması tələb edilib.


Müəllif: Teleqraf.com