23 İyul 2017 17:14
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisin keçmiş meri Vano Zodevala Azərbaycanla sərhəddən Tbilisiyə qədər olan trassda yol qəzasına düşüb.

Teleqraf.com 1TV-yə istinadla xəbər verir ki, Tiflisdə xəstəxanalardan birinə çatdırılan Zodevalanın vəziyyətinin ağır olduğu bildilir. Məlumata görə, sabiq mer həyat yoldaşı ilə birgə taksidə gedirmiş, başqa avtomobil onların olduğu maşına çırpılıb. Taksi şoferi ciddi xəsarət almasa da, digər avtomobilin sürücüsü hadisə yerindəcə keçinib.


Müəllif: Nərgiz