23 İyul 2017 17:29
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 22-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, test tapşırıqlarının düzgün cavabları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

Azərbaycan bölməsi - I qrup

http://eservices.dim.gov.az/exam/2017/1_4_22_2017/a1_001.htm

Azərbaycan bölməsi - IV qrup

http://eservices.dim.gov.az/exam/2017/1_4_22_2017/a4_001.htm

Rus bölməsi - I qrup

http://eservices.dim.gov.az/exam/2017/1_4_22_2017/r1_001.htm

Rus bölməsi - IV qrup

http://eservices.dim.gov.az/exam/2017/1_4_22_2017/r4_001.htm

DİM tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Abituriyentlər Apelyasiya Komissiyasına 23-25 iyul 2017-ci il tarixlərində saat 10‑dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.


Müəllif: Teleqraf.com