24 İyul 2017 16:43
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlər əllərindən gələni edirlər ki, qadınlar hamiləliyi normal şəkildə sonlandıra bilsin. Təəssüf ki, bəzən xəstəni xilas etmək olmur.

Bunu Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyi Mamalıq və Ginekologiya İnstitutunun baş həkim əvəzi Hicran Kazımova deyib.

Onun sözlərinə görə, qadınlar mütəmadi olaraq xəstəxanaya müayinəyə gəlirsə, həkim onun vəziyyətindəki dəyişikliyi vaxtında görür: “Təəssüf ki, regionlarda yaşayan ailələr hamilə qadına imkan vermirlər ki, onlar müayinə üçün xəstəxanaya getsinlər. Ailələrdə belə bir psixologiya var ki, qadının ginekoloqa getməyinə ehtiyac yoxdu. Qadınlar bir başa doğuşa gəlirlər və çox vaxt doğuş zamanı problem yaranır”.

Hicran Kazımova qeyd edib ki, ana ölümündə həkimlərin də səhvləri olur: “Bəzən hamiləliyin vəziyyətini vaxtında və düzgün qiymətləndirə bilmirlər. Bir qadın mütəmadi olaraq müayinədən keçirsə, onda ağırlaşma olmur. Yarana biləcək vəziyyət vaxtında aşkar edilir və qarşısı alınır. Əgər lazım gələrsə, qadına hamiləliyin yarımçıq sonlandırılması izah edilir və hamiləlik pozulur”.


Müəllif: İlhamə Əbülfət