25 İyul 2017 17:01
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının “Tank biatlonu” müsabiqəsi çərçivəsində iştirak edəcək komandalar və tank heyətlərinin püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, mərasimdə komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 29-da yarışların ilk günündə çıxış edəcəklər.
Ümumilikdə “Tank biatlonu” müsabiqəsində 19 ölkədən (Azərbaycan, Anqola, Belarus, Venesuela, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Zimbabve, İran, Çin, Hindistan, Küveyt, Laos, Monqolustan, Nikaraqua, Rusiya, Serbiya, Tacikistan və Uqanda) komanda iştirak edəcək.

Müsabiqənin final estafeti avqustun 12-də yarışların son günü keçiriləcək.


Müəllif: Teleqraf.com