26 İyul 2017 18:11
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazarda pomidor qıtlığından söhbət gedə bilməz.

Bunu Teleqraf.com-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə, avqustun 1-dən rayonlarda açıq sahədə yetişən pomidorın yığımına başlanacaq: “Şabran, Siyəzən, Dəvəçi, Lənkəran və digər rayonlarda açıq sahələrdə əkilən pomidorlar artıq yetişmə fazasındadır. İyulun sonu və avqustun əvvələrində açıq sahələrdə pomidor yığılacaq. Sahələrdə məhsul boldur və bazarda qıtlıq olmasından söhbət gedə bilməz”.

Murtuzəli Hacıyev bildirib ki, kənd təsərrüfatı məhsullarının qiymətləri liberaldır: “Məhsulun qiyməti bazarda tələf-təklif əsasında müəyyənləşir. Qiymətlər mövsümin müəyyən dövründə qalxa və yaxud enə bilər. Həftə sonu keçirilən kənd təsərrüfatı yarmarkalarında pomidorun qiymət 50-80 qəpik arası dəyişib”.

Qeyd edək ki, bu ilin 6 ayında 121 milyon dollar dəyərində pomidor ixrac olunub.

Xatırladaq ki, sosial şəbəkələrdə pomidorun bahalaşması və marketlərdə qiymətinin 1 manat 50 qəpik olması barədə məlumat yayılıb.


Müəllif: İlhamə Əbülfət