27 İyul 2017 02:15
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Bakının "Qış parkı" və "Zabitlər parkı" ərazisində də "vay-fayi"a ödənişsiz giriş təmin olunacaq.

Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Qeyd olunur ki, "ictimai vay-fay" layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də "Axundov", "Sabir" və "Xaqani" bağlarında ödənişsiz "vay-fayi" təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz "vay-fayi"ın paytaxtın "Hüseyn Cavid" və "Dədə Qorqud" parklarında da təmin edilməsi planlaşdırılır.


Müəllif: Teleqraf.com