27 İyul 2017 15:11
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, bu səbəbdən həmin çanta təkrar yoxlanılıb.

Yoxlama zamanı çantanın içərisindəki geyim əşyalarının arasında soyuq silahlar - 1 ədəd dəyənək və 1 ədəd kombinə edilmiş kastet-bıçaq aşkar olunub. Bundan başqa, vətəndaşın ayaqqabısının sol tayının içindən 1 büküm (xalis çəkisi 2,992 qram) narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: lhamə Əbülfət