27 İyul 2017 16:16
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin I yarımilliyi ərzində respublika ərazisində 5368 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 251 hadisə və ya 5% çoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 6 ay ərzində baş verən hadisələrlə bağlı statistik hesabatda qeyd olunub.

Məlumatda qeyd edilib ki, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 161 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 67 nəfər xilas edilib, 649 nəfər təxliyə olunub.

Bu ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 5244 çıxış edilib.

Onlardan:

  • çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar – 1076 çıxış;
  • açıq sahələrdə yanğınlar –2901 çıxış;
  • meşə və meşə talalarında yanğınlar 2;
  • nəqliyyat vasitələrində yanğınlar – 155 çıxış;
  • digər yanğınlar – 1110 çıxış təşkil edib.

Yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 98 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 17 nəfər və ya 94%, xəsarət alanlar üzrə 41 nəfər və ya 72% çoxdur.


Müəllif: İlhamə Əbülfət