27 İyul 2017 17:41
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İman naziri Azad Rəhimovun əmri ilə Tural Kərimov Mingəçevir şəhər “Gənclər Evi”nin direktoru təyin olunub.

Teleqraf.com xəbər verir ki, T.Kərimov bu təyinata qədər Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir Regional Ofisinin rəhbəri işləyib.

Qeyd edək ki, Mingəçevir şəhər “Gənclər Evi” 16 aprel 2013-cü ildə istifadəyə verilib. “Gənclər Evi”nin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir.


Müəllif: Səxavət