28 İyul 2017 10:15
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayon sakini su quyusuna düşərək ölüb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Yeyənkənd kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 22 metr olan su quyusundan 1974-cü il təvəllüdlü Əsədov Bulud Qurban oğlunun cəsədini çıxaraq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com