28 İyul 2017 12:42
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən, lakin əvvəlcədən elan olunmuş tarixlərdə qeydiyyatdan keçməyən cari ilin məzunları üçün “Abituriyentin elektron ərizəsi” qeydiyyat sistemi ixtisas seçimi bitənədək yenidən aktiv edilib.

DİM-dən Teleqraf.com-a verilən mlumata görə, 9 illik təhsil bazasından kolleclərə qəbul olmaq üçün ixtisas seçimi avqustun 6-dək davam edəcək.

Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak etmiş və tələb olunan müsabiqə şərtlərini ödəmiş cari ilin məzunları avqustun 6-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak edə bilərlər.

İxtisas seçiminə buraxılış imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.


Müəllif: Şəfiqə