24 Aprel 2014 15:58
608

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan müxbiri Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun məhkəməsi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Pərviz Həşimlinin vəkilləri əlavə şahidlərin dindirilməsi barədə vəsatət qalıdırıb.

Vəkillər həmçinin Pərviz Həşimlinin evindən çıxan silahların ekspertizadan keçirilməsini də istəyiblər. Hakim həmin vəsatətlərə növbəti məhkəmə iclasında münasibət açıqlayacaqlarını deyiblər.
Məhkəmə aprelin 28-də davam edəcək.

Pərviz Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif: