11 Avqust 23:57

"Ramil Quliyevi qazandığı qələbə münasibətilə səmimi qəlbdən təbrik erdirəm. Əzmkarlığınız nəticəsində, əldə etdiyiniz yüksək nəticəyə görə, millətimizin adını, bütün dünyaya yaxşı mənada tanıtdırdığınıza görə, Sizi bütün Türk Dünyası və dünya Azərbaycanlıları sevir və daim dəstəkləyir. Hər iki dövlətin bayrağını daim uca tutub göylərə qaldırmısınız. Ugurlarınız bol olsun. Bir daha qələbəniz mübarək!"

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Adil Əliyev yüngül atletika üzrə dünya birincisi olan Ramil Quliyevə ünvanladığı təbrik məktubunda qeyd edib.

Onun sözlərinə görə, Türk Dünyasının dəyərli övladı, Türkiyə təmsilçimiz Ramil Quliyev Londonda hər iki qardaş ölkənin adını zirvələrə qaldırdı: "Ramil Quliyevi qələbə münasibətilə Azərbaycan və Türkiyənin prezidentləri cənab Prezident İlham Əliyev və Rəcəb Təyyub Ərdoğan təbrik ediblər. Xatırladım ki, Ramil Quliyev 2008-ci ildə Azərbaycanı Yay Olimpiya Oyunlarında təmsil edib. Təsnifat mərhələsində 20.78 nəticə göstərərək 1/4 finala adlayan Ramil 1/4 finalda 20.66 nəticə ilə 5-ci olaraq, mübarizəni dayandırıb. Bu, Ramilin Azərbaycanı təmsil etdyi sonuncu yarış olub. Bundan sonra Ramil Türkiyə millisinin uğurları üçün mübarizəyə başlayıb.O, Türkiyənin təmsilçisi kimi beynəlxalq yarışlarda bir neçə uğurlu nəticələr əldə edib və nəhayət ötən gün ölkəsinə qızıl medalı qazandırdı. Ramil Quliyevi qazandığı qələbə münasibıtilə səmimi qəlbdən təbrik erdirəm".


Müəllif: Teleqraf.com