12 Avqust 11:39

71 gün velosipedlə səyahət edən Mingəçevir sakini Abid İsmayılov İstanbulu görmək arzusunu gerçəkləşdirib.

Teleqraf.com ARB TV-yə istinadən xəbər verir ki, səyahət zamanı o, 4 min km məsafə qət edib. Təqaüdçü müəllim olan İsmayılov illərdir şəkərli diabetdən əziyyət çəkdiyini və aktiv həyat tərzi ilə gümrah qaldığını deyir.

Abid İsmayılov (səyahətçi): "Şəkərin nə olduğunu bilmirəm. Bu etdiklərimə şəkər qalar?! Adi günlərdə saat 6-da yuxudan dururam. Hər gün 15 km yol qət edirəm".

İsmayılov gələcəkdə də bu cür səfərlər edəcəyini bildirir.


Müəllif: Teleqraf.com