13 Avqust 2017 10:58
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-ci ildə Azərbaycanda 6 146 boşanma halı övladı olmayanların payına düşüb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata gör, ötən il boşananlardan 3399-nun bir, 3569-nun isə iki və daha çox övladı olub. 11 min 295 uşaq boşanma nəticəsində valideynlərindən biri ilə qalıb. Hər 100 boşanmaya düşən uşaqların sayı 162 olub. Ötən il ümumillikdə 13 114 boşanma qeydə alınıb. 2016-ci ildə 26 288 uşaq rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulub.


Müəllif: İlhamə