13 Avqust 2017 12:15
1 114
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kürd əsilli tanınmış taekvondoçu Nur Tatarın toyunda iştirak edib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Türkiyə dövlət başçısı həyat yoldaşı Əminə Ərdoğanla birlikdə taekvondoçu Mehran Əskəri ilə ailə quran 25 yaşlı Nur Tatarın toyuna qatılıb. Toy mərasimi Antalya Mədəniyyət Parkında yerləşən “Cam Piramit” adlı məkanda keçirilib. Toy media üçün qapalı olub. Prezidentin mərasimdə təxminən 1 saat iştirak etdiyi, qalacağı hotelə helikopterlə getdiyi bildirilir.

Qeyd edək ki, Nur Tatar Azərbaycan taekvondo pərəstişkarları üçün tanınmış isimdir. O, Bakıda baş tutan I Avropa Oyunları, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarında iştirak üçün Azərbaycanda olub. 67 kq çəki dərəcəsində mübarizə aparan Nur Tatar ilk Avropa Oyunlarında bürünc, IV İslam Həmrəyliyi Oyunlarında isə Azərbaycan təmsilçisi Fəridə Əzizovaya qalib gələrək qızıl medal qazanıb.


Müəllif: Nərgiz