13 Avqust 15:58
198

İş adamı Özdəmir Bayraqdarın oğlu Səlcuq Bayraqdarla evli olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyyə Ərdoğan dünən ana olub.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, Süməyyə Ərdoğanın doğumu “Medipol” xəstəxanasında reallaşıb. 35 həftəlik doğulan körpənin vəziyyətinin yaxşı olduğu bildirilir. İlk dəfə valideyn olan cütlük qızına Canan Aybükə adını qoyub.


Müəllif: Nərgiz