13 Avqust 17:45
164

Avqustun 12-də Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış, 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzuli oğlunun cəsədi tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, A.Seyidovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.


Müəllif: Teleqraf.com