16 Avqust 2017 01:35
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan təmiri başa çatmamış 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin eyvanında 10 m2 sahədə taxta qırıntıları və kağız kisələr yanıb, yüksək temperaturdan eyvanın plastikdən ibarət giriş qapısı və pəncərə çərçivəsi qismən əriyib. Mənzil yanğından mühafizə olunub.


Müəllif: Teleqraf.com