17 Avqust 2017 12:07
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi haqqında qərar qəbul edib.

Teleqraf.com-un məlumatına görə, Nazirlər Kabineti Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qərara alıb ki, Talassemiya Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulsun.

Maliyyə və Səhiyyə nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.


Müəllif: Teleqraf.com